Bakıda azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs saxlanıldı – FOTO

Bakıda azyaşlıya qarşı əxlaqsızlıq edən şəxs saxlanıldı - FOTO

Paytaxtın Binəqədi rayonunda naməlum şəxsin azyaşlıya qarşı qeyri-etik hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1991-ci il təvəllüdlü Amid Nəbiyev saxlanılıb.

Araşdırma aparılır.

Onun əməlindən zərərçəkən başqa şəxslər varsa, polisə məlumat vermələri tövsiyə olunur.

DİN: Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şəxs saxlanılıb