Aygün Bəylərin nəşi ata evinə gətirildi – CANLI

Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) nəşi Suraxanı rayonundakı ata evinə gətirilib.

Qeyd edək ki, Aygün Bəylərlə vida mərasimi sabah keçiriləcək.

***18:32

Əməkdar artist Aygün Bəylərin yaxınları, ictimaiyyət və media nümayəndələri Suraxanı qəsəbəsindəki ata evində onun nəşinin gətiriləcəyini gözləyirlər.

Globalinfo.az bildirir ki, Baku TV Aygün Bəylərin ata evindən canlı yayıma bağlanıb:

***17:58

Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) nəşi Suraxanıdakı məscidə gətirilib.

Globalinfo.az bildirir ki, bundan sonra onun nəşi Suraxanı rayonunda atasının evinə aparılacaq.

***17:29

Əməkdar artist Aygün Bəylərin cənazəsinin olduğu təyyarə Bakıya çatıb.

Globalinfo.az bildirir ki, bununla bağlı Baku TV aeroportdan canlı yayıma çıxıb.

Həmin videonu təqdim edirik:

Fotolar APA-ya məxsusdur:

Aygün Bəylərin nəşi Ankaradan Bakıya gətirilib - FOTO - YENİLƏNİB-1 Aygün Bəylərin nəşi Ankaradan Bakıya gətirilib - FOTO - YENİLƏNİB-1 Aygün Bəylərin nəşi Ankaradan Bakıya gətirilib - FOTO - YENİLƏNİB-1 Aygün Bəylərin nəşi Ankaradan Bakıya gətirilib - FOTO - YENİLƏNİB-1