
Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Qeyd edək ki, havanın güclü küləkli olmasına baxmayaraq, hadisəyə çevik və peşəkar reaksiya sayəsində yanğının yaxınlıqda yerləşən neft çənləri və ərazidən keçən neft boru kəmərlərinə keçməsinə imkan verilməyib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Globalinfo.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.

***
Bakının Keşlə qəsəbəsində güclü yanğın başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Yanğının açıq ərazidə baş verdiyi bildirilir.
Həmin görüntüləri təqdim edirik:














