Biləsuvar sakini Bakıda işlədiyi çoxmərtəbəli binadan yıxılaraq ölüb
Globalinfo.az xəbər verir ki, rayonun Aşağı Cürəli kənd sakini, 1978-ci il təvəllüdlü Cəfərov Vüqar Əligüşad oğlu Abşeron rayonunun Xırdalan şəhərində çalışdığı çoxmərtəbəli binada işləyərkən yıxılıb.
Ağır xəsarətlər alan V.Cəfərov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Teleqraf-ın məlumatına görə, Vüqar Cəfərov tikinti sahəsində fəhləliklə məşğul olurmuş. O, 5 uşaq atası idi.
Faktla bağlı araşdırma aparılır.














