Bakı-Şamaxı-Yevlax yolu birtərəfli bağlandı

Leysan xarakterli yağışlar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolu birtərəfli bağlanıb.

Globalinfo.az xəbər verir ki, güclü külək nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçaydan keçən hissəsində irigövdəli ağac qırılaraq yola düşüb. Nəticədə yolun əsas hissəsi avtomobillər üçün keçilməz olub.

Hazırda yağmurlu hava davam edir.