
Bakıda yerləşən 292 nömrəli məktəbin qarşısındakı velosipedlər sosial şəbəkədə maraqla qarşılanıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov paylaşım edib.
O, şagirdlərin məktəbə velosipedlə gəlib-getdiklərini bildirib:
“292 nömrəli məktəbdə maraqlı mənzərə ilə qarşlaşdıq. Uşaqlar məktəbə kütləvi şəkildə velosipedlə gəlib-gedirlər. Məktəbdə xüsusi velosiped meydançası da yaradılıb.
Dövlətin Bakı şəhəri Binə qəsəbəsində uşaqlar üçün yaratdığı müasir məktəbdə belə ürəkaçan görüntülər sevindiricidir”.

Əliyar Xəlil
Globalinfo.az
Globalinfo.az














