“Azərbaycanla Ermənistan arasında demarkasiya prosesinin dayandığını düşünmürəm”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan deyib.
O, prosesin mürəkkəb olduğunu bildirib:
“Bakı ilə əlaqələr var, lakin proses kifayət qədər mürəkkəbdir. Müəyyən hazırlıq işlərinə ehtiyac var, hazırda bunun üzərində çalışılır. Amma prosesin ləngiyəcəyi, yoxsa sürətlənməsi ilə bağlı dəqiq bir şey demək çətindir”.
Əliyar Xəlil
Globalinfo.az














