Yaxın Şərqdəki gərginlikdən dolayı bir neçə ölkə hava məkanının bağlayıb. Bu səbəbdən bütün sərnişinlər, eləcə də Ermənistan və Azərbaycan vətəndaşları digər ölkələrin hava limanlarında qalmalı olublar.
Globalinfo.az xəbər verir ki, bu barədə bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilir ki, İran İslam Respublikasının və bir sıra qonşu ölkələrin hava məkanını bağlaması nəticəsində bir sıra beynəlxalq reyslər məcburi eniş edib. Bu səbəbdən bir çox sərnişinlər, o cümlədən Ermənistan vətəndaşları və etnik ermənilər Bakının beynəlxalq hava limanında, Azərbaycan vətəndaşları isə Yerevandakı “Zvartnots” hava limanında qalmalı olublar.
Aysel Əliyeva
Globalinfo.az














