“Azərbaycan çox yaxşı diplomatlar hazırlayıb və dəqiq strategiya reallaşdırır”.
Globalinfo.az xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin katolikosunun Vatikandakı nümayəndəsi Xajak Parsamyan deyib.
“Ermənistan güclənmə strategiyası hazırlamalıdır. Azərbaycanlılar 25 il ərzində çox yaxşı diplomatlar yetişdirdilər, onların dəqiq strategiyası var və bunu reallaşdırırlar. Etiraf etməliyik ki, Azərbaycan 30 il əvvəlki kimi deyil. Bizim güclənməyimiz üçün isə birlik forması tapmalıyıq” – deyə o bildirib.
Parsamyan həmçinin qeyd edib ki, Ermənistana azad bazar lazımdır və bunun üçün Türkiyə ilə sərhədlərin açılması vacibdir.
Əliyar Xəlil
Globalinfo.az














