Bağdat Amreyev “Dostluq” ordeni ilə təltif edildi

Bağdat Amreyev “Dostluq” ordeni ilə təltif edildi

Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsində səmərəli fəaliyyətinə və Azərbaycan Respublikası ilə Təşkilatın üzvü olan ölkələr arasında tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Bağdat Amreyev “Dostluq” ordeni ilə təltif edilib.

Globalinfo.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.