Bağ evində asılmış meyit tapıldı

Bağ evində asılmış meyit tapıldı

Bakıda intihar hadisəsi baş verib.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nardaran qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 78 yaşlı Nurcənnət Nurəddin qızı Hacıyeva yaşadığı bağ evində özünü asıb.

Onun asılmış meyitini ailə üzvləri aşkarlayıblar.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda intihar baş verib.

Hadisə Nəsimi rayonunda qeydə alınıb.

Rayon sakini, 22 yaşlı Məmmədbağır Kərimov yaşadığı evin hamamından özünü asıb. Onun asılmış meyitini ailə üzvləri tapıb.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.