Evə və torpaq sahəsinə görə bacılarını öldürən qardaş ömürlük həbsə məhkum olunub.
Belə ki, Mahmud (Adlar şərtidir) həbsdən çıxdıqdan sonra əvvəllər yaşadığı evə gəlir. Burada onu bacıları Natəvan və Zibeydə qarşılayır. Mahmud ab-havadan anlayır ki, bacıları artıq onun yaşadığı evə sahibləniblər.
Ertəsi gün Mahmud bu evdə və torpaqda nəyə sahib olacağını müəyyən etməyə çalışır. O, bu barədə düşünərkən Natəvan açıq şəkildə deyir ki, evin yanındakı artırma tikili Zibeydənin olacaq, evi böyüdüb birlikdə yaşayacaqlar. Mahmud isə bunun qarşılığında heç nə demir.
Sənədləri daha dəqiq oxuyandan sonra Mahmuda aydın olur ki, artıq bacıları ona aid ev və torpaq sahəsinə tam sahibləniblər. Buna etiraz edəndə Natəvan deyir ki, ev ona, torpaq isə Zibeydəyə aiddir. Bu vaxt Mahmud başa düşür ki, artıq hətta gecələməyə belə yeri qalmayıb.
Mahmud evi tərk etdikdən sonra özünə gecələməyə yer axtarır. Küçədə qalmağın mümkün olmayacağını anlayıb köhnə tanışı olan Sərdarın yanına yollanır, müvəqqəti olaraq onun gözətçi kimi qaldığı yerə sığınır.
Daha sonra Mahmud özünə məxsus evi və torpaq sahəsini geri qaytarmaq qərarına gəlir. O, növbəti gün dostu Davudla kafelərin birində görüşür, yeyib-içir. Davud Mahmuda deyir ki, həbsdə olarkən Natəvan və Zibeydə sənin torpağının bir hissəsini dedikləri kimi yox, baha qiymətə satıblar. Mahmud sərxoş olduqca baş verənləri düşünüb əsəbiləşir. Onlar içkili halda kafedən çıxırlar.
Mahmud Davudla sağollaşdıqdan sonra evə gələrək bacılarına hücum edir, belindən çıxardığı bıçaqla onlara çoxsaylı zərbələr endirir. Bacıları aldıqları zərbələrdən hadisə yerində ölürlər. Gecəni orada qalan Mahmud səhər hüquq-mühafizə orqanlarına könüllü şəkildə təslim olur.
Globalinfo.az ətraflı Baku TV-nin süjetini təqdim edir: