Qarabağdakı separatçılar arasında gərginlik pik həddə çatıb.
Globalinfo.az xəbər verir ki, Azərbaycanın rus sülhməramlarının müvəqqəti nəzarətində olan ərazisində məskunlaşmış separatçı-terrorçu rejimin “təhlükəsizlik şurası”nın keçmiş “katib”i Samvel Babayan terrorçubaşı Araik Arutyunyana qarşı savaş başladıb. Belə ki o, Qarabağda təcili “seçki” keçirilməsini tələb edib. Babayan həmçinin Xankəndidə insanlara yalan məlumat verildiyini, əslində, bütün bölgənin Bakının nəzarətinə keçməyə hazırlandığını bildirib.
Hələlik Arutyunyan və Vardanyanın dəstəsindən bu fikirlərə reaksiya gəlməyib.
Diqqət çəkən məsələ isə Babayanın belə açıqlama ilə Araik Arutyunyan və Ruben Vardanyanın Qarabağda olmaması fonunda çıxış etməsi olub.
Qeyd edək ki, Babayan xüsusilə Paşinyana yaxınlığı ilə seçilir. Bakının Xocalı həmləsindən sonra onun İrəvanın əmri ilə aktivləşməsi istisna edilmir. Babayanın açıqlamasının nə dərəcədə effekt doğuracağını təxmin etmək çətindir. Bununla belə, onun separatçıların, demək olar ki, hamısı ilə münasibətləri gərgindir.
İlkin
Globalinfo.az














