“Azəriqaz” rəhbərliyinin növbəti vətəndaş qəbulu Qəbələdə baş tutacaq

"Azəriqaz" rəhbərliyinin növbəti vətəndaş qəbulu Qəbələdə baş tutacaq

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun Qəbələ rayonunda vətəndaş qəbulu 16 may saat 11:00-da Həzi Aslanov küçəsində yerləşən Mədəniyyət Mərkəzində baş tutacaq.

Globalinfo.az bildirir ki, görüş zamanı Qəbələ və Oğuz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional qaz istismarı İdarəsinə (tel: 050-845-97-89; 050-845-70-88) müraciət edə bilərlər.