Azercell-dən “Möhtəşəm Cümə” endirimləri

Azercell-dən “Möhtəşəm Cümə” endirimləri

Lider mobil operatordan “HONOR” cihazları əldə edən abunəçilərə “SuperSən 10GB” tarif paketinə 75 % endirim!  

Globalinfo.az bildirir ki, Azercell “Möhtəşəm Cümə” kampaniyasına start verir.

Belə ki, kampaniya çərçivəsində “Azercell Eksklüziv” və diler mağazalarından “HONOR” smartfonu və ya planşeti əldə edən müştərilərə “SuperSən 10GB” tarif paketi 2 ay müddətinə 75 % endirimlə təqdim olunur.

Təklifin müddəti bitdikdən sonra isə aylıq ödəniş haqqı cari tariflər üzrə hesablanacaq.

Qeyd edək ki, kampaniya 199 AZN-dən başlayan cihazlara şamil olunur.

Kampaniya 30.11.2024 tarixinədək davam edəcək.

Kampaniya haqqında ətraflı məlumat üçün:

“Möhtəşəm Cümə” kampaniyası | Azercell