Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim
Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir.
Globalinfo.az-ın xəbərinə görə, belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
28.02.2025 tarixinədək qüvvədə olacaq kampaniya qiyməti 429 AZN-dən başlayan Xiaomi Redmi Note 14, Note 14 Pro və Note 14 Pro+ modelləri üçün keçərlidir.
Kampaniya haqqında ətraflı məlumat üçün Gənclər Günü | Azercell daxil ola bilərsiniz.
Azercell bütün Azərbaycan gənclərinin bayramını təbrik edir, gələcək işlərində uğurlar arzulayır!














