İranda səslərin sayımı bitdi: İkinci tur keçiriləcək – TARİX

İranda seçici səslərinin hamısı sayılıb, 24 535 185 bülleten etibarlı, 1 056 159 bülleten etibarsız hesab edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Seçki Qərargahının sözçüsü Möhsün İslami deyib.

Onun sözlərinə görə, Məsud Pezeşkian 10 415 901 səslə liderdir. Səid Cəlili 9 473 298 səslə ikinci, Məhəmməd Bagir Qalibaf 3 383 340 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 206 397 səslə dördüncü sırada qərarlaşıb.

Beləliklə, namizədlərdən heç biri seçkidə iştirak edən seçicilərin səsinin 50%-dən çoxunu toplamadığı üçün 5 iyulda ikinci tur keçiriləcək.

İkinci turda ən çox səs toplayan iki namizəd – Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparacaq.

Qeyd edək ki, İranda 61 milyon 452 min 321 seçici var.

***

İranda keçirilən növbədənkənar prezident seçkilərində islahatçı Məsud Pezeşkiyan mühafizəkarlar qanadın namizədi Səid Cəlilidən önə keçərək liderlik edir.

Globalinfo.az  xəbər verir ki, indiyədək ümumilikdə 14 milyon 70 mindən çox səs hesablanıb. Seçki komissiyasının son məlumatına görə, Məsud Pezeşkiyan 5 milyon 955 min 781 səs toplayıb. Onun əsas rəqibləri Səid Cəlili 5 milyon 560 min 321, Məhəmməd Qalibaf isə 1 milyon 891 min 381 səslə müvafiq olaraq ikinci və üçüncü yerdədir.

İranda prezident seçkilərində qalib gəlmək üçün namizəd seçicilərin 50 faizindən çoxunun səsini toplamalıdır. Namizədlərin heç biri bu qədər səs toplaya bilməsə, bir həftə sonra – iyulun 5-də ikinci tur keçiriləcək. Birinci turda ən çox səs toplayan iki namizəd prezident postu uğrunda mübarizəni davam etdirmək hüququ qazanacaq.