Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.
Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Yaranmış şəraitdə Azərbaycan Prezidenti çətin də olsa, bu qərarı qəbul etdi ki, ölkəmizin Tehrandakı səfirliyi təxliyə olunmalıdır. Müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb. Orada 5 nəfər səfirliyin binasını, əmlakını qorumaqla bağlı müəyyən əməkdaşlar qalacaq, amma onlar dilopmatik fəaliyyət aparmayacaq” – X.Xələfov bildirib.
X.Xələfov qeyd edib ki, əlbəttə bizim Təbrizdə Baş Konsulluğumuz var. Tehrandakı səfirliyin diplomatik fəaliyyətini tam dayandırması Təbrizdəki Baş Konsulluğumuzun fəaliyyətinə şamil olunmur:
“Eyni zamanda nəzərə alaq ki, bizim bir çox vətəndaşlarımız İrandadır. Onların da yardıma ehtiyacı olarsa, Təbrizdəki Baş Konsulluğa müraciət edə bilərlər”.
O, həmçinin bildirib ki, Təbrizdəki Baş konsulluğumuzun mühafizəsi, orda çalışan insanların təhlükəsizliyinin təmin olunması bütövlükdə İran dövlətinin, İran hakimiyyətinin üzərinə düşür:
“Ümid edirik ki, baş vermiş terror aktından müvafiq nəticə çıxaran İran dövləti bundan sonra belə hallara yol verməz. Səfirlik işçilərini qəbul edən hər bir dövlət öz öhdəliklərinə sadiq olmalıdır. Öz öhdəlikləri çərçivəsində müvafiq tədbirləri görməlidir”.














