Azərbaycanın siyasi tarixində Baş nazir postu həm müstəqillik dövründə, həm də əvvəlki mərhələlərdə ölkənin idarə olunmasında mühüm rol oynayıb. Xüsusilə müstəqillikdən sonra bu vəzifəni tutan şəxslər ölkənin iqtisadi və sosial siyasətinin formalaşmasında birbaşa iştirak ediblər.
Son dövrlərdə Əli Əsədov ətrafında baş verən müzakirələr fonunda Azərbaycanda müxtəlif illərdə Baş nazir postunu tutmuş şəxsləri yenidən yada salmaq aktuallaşıb. Bu siyahı həm ölkənin keçdiyi siyasi mərhələləri, həm də fərqli idarəçilik yanaşmalarını anlamaq baxımından diqqət çəkir.
Qeyd edək ki, müstəqillik dövründə ən uzun müddət Baş nazir vəzifəsində qalan şəxs Artur Rasizadə olub. Onun uzunmüddətli fəaliyyəti sabitlik və davamlılıq baxımından tez-tez nümunə kimi göstərilir.
Globalinfo.az müstəqillik dövründə Azərbaycanda Baş nazir olmuş şəxsləri təqdim edir:
Həsən Həsənov — 1990 – 1992
Rəhim Hüseynov — 1992 – 1993
Pənah Hüseyn — 1993 – qısa müddət
Surət Hüseynov — 1993 – 1994
Fuad Quliyev — 1995 – 1996
Artur Rasizadə — 1996 – 2003
İlham Əliyev — 2003 – qısa müddət
Artur Rasizadə — 2003 – 2018
Novruz Məmmədov — 2018 – 2019
Əli Əsədov — 2019 – indiyədək
Ləman İmran
Globalinfo.az