Şamaxıda ard-arda zəlzələ: dağıntı var? – YENİLƏNİB

Şamaxıda ard-arda zəlzələ: dağıntı var? - YENİLƏNİB

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 05.06.2025-ci il tarixində yerli vaxtla saat 16:02-də Şamaxı rayonu ərazisində 7 km dərinlikdə 3.7 maqnituda və 16:04-də 4 km dərinlikdə 3.1 maqnituda zəlzələlər qeydə alınıb.

***

Şamaxı rayonunda yenidən zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, zəlzələ yerli vaxtla 16:04-də 4 km dərinlikdə baş verib.

Zəlzələ hiss olunmayıb.

***

Şamaxı rayonu ərazisində zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, yeraltı təkan Pirqulu rayonunda baş verib.

Zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.