Gəncədə avtomobildə infarkt keçirərək ölən vəzifəli şəxsin görüntüsü yayılıb.
Globalinfo.az Oxu.Az-a istinadən həmin fotonu təqdim edir:
***21:18
Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək vəfat edib.
Globalinfo.az Report-a istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Şirin Məhərrəm oğlu Cəfərov “Nissan” markalı avtomobildə dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Azərbaycan Dəmir Yolları (QSC) yük daşımaları departamentinin stansiyaların idarəedilməsi xidmətinin Qərb sahəsinin rəis müavini vəzifəsində çalışırmış.














