“Bələdiyyələrə tövsiyə, yardımların edilməsi və maarifləndirilməsi olduqca vacibdir. Bələdiyyə sahəsində islahatlar keçirilib. Bu addımlar çox mühümdür. Onlardan biri də bələdiyyələrin birləşdirilməsidir. Daha sonra sədrliyə yeni simalar gəldi, bu sahədə qadınlara geniş yer verildi”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Kamran Bayramov deyib.
“Bələdiyyələrə ayrılan subvensiyalar onların problemlərini həll etməyə kömək olur. Bu gün bəzi torpaqların sənədləri yoxdur. Bu da onların vergi yığmasına problem yaradır.
Günümüzün aktual problemlərindən biri sənədsiz evlərdir. Nəzərə alsaq ki, ən azı bir milyon yarım evin sənədi yoxdur, bu nə qədər maddiyyat, vergi deməkdir”.
Safura Bənnayeva
Globalinfo.az














