Azərbaycanda pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı – FOTO

Azərbaycanda pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, son sutkada vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 825 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 815 409 nəfər müalicə olunaraq sağalıb, 10 006 nəfər vəfat edib, aktiv xəstə sayı 565 nəfərdir.

Ölkədə son sutka ərzində 743, hazırkı dövrədək isə 7 421 167 test aparılıb.

Azərbaycanda pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı - FOTO

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, vurulan vaksinlərin ümumi sayı 13 929 891, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 395 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 875 385, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 394 667, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 535 nəfər təşkil edir.

Azərbaycanda pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı - FOTO