Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi – AÇIQLAMA

Hacıqabulda 6-cı sinif şagirdi  vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Məlumata görə, şəhərin F.Süleymanov adına 3 nömrəli tam orta məktəbinin Vl sinif şagirdi Aylin Səmədli dünyasını dəyişib.

Onun qızılcaya yoluxduqdan sonra səhhətinin pisləşdiyi bildirilib.

Şagirdinin ölməsi ilə bağlı TƏBİB-dən Oxu.Az-a bildirilib ki, 16.05.2024-cü il tarixində saat 20:31-də 2012-ci il təvəllüdlü şəxs (qadın cinsli) dəri və selikli qişalarda sianoz, təngnəfəslik, kaxektik, aqonal vəziyyətdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib.

“Daxil olarkən ilkin diaqnoz təxminən 8-9 ay əvvəl keçirtdiyi ensefalitdən sonrakı ağırlaşma, aspirasion pnevmoniya təyin edilib.

Bakı şəhərindəki tibb müəssisəsinə təxliyə zamanı təcili tibbi yardım avtomobilində həkimlərin səylərinə baxmayaraq, xəstənin ölümü qeydə alınıb”, – deyə açıqlamada qeyd olunur.