Baş həkimdən ölən blogerlə bağlı iddialara cavab – FOTOLAR

Baş həkimdən ölən blogerlə bağlı iddialara cavab - FOTOLAR

Bloger Nərmin Bəylər qızı İsgəndərovanın (Mehdiyevanın – red.) vəfatı ilə bağlı günahkar qismində adı hallanan “Mərcan Medicare” klinikasının baş həkimi Araz Ağayev iddialara cavab verib.

Globalinfo.az bildirir ki, o, Oxu.Az-a açıqlamasında bu fikirləri səsləndirib:

“2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızının 20.11.2024 tarixində bizim klinikada plastik cərrah Oruc Məmmədov tərəfindən əməliyyatı icra olunub. Xəstə əməliyyatdan bir neçə gün sonra kafi vəziyyətdə cərrah nəzarətində olmaqla ambulator müalicəyə yazılıb. Bundan sonra bir-iki dəfə sarğıya gəlib, hər hansı ciddi narahatlığının olduğu müşahidə edilməyib.

Sonralar xəstə təkrar müayinəyə və baxışa çağırılsa da, gəlməkdən imtina edib. Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikamızda həkim köməkçisi kimi fəaliyyət göstərir”.

Baş həkimdən ölən blogerlə bağlı iddialara cavab - FOTOLAR

Araz Ağayev

Baş həkim qeyd edib ki, “Mərcan Medicare” klinikasının İqtisadiyyat Nazirliyinin 23 noyabr 2021 tarixli in/l-470/2021 nömrəli qeydiyyat nömrəsi ilə verilmiş lisenziyasına əsasən “plastik cərrahiyyə” fəaliyyəti ilə məşğul olmağa icazəsi var:

“Həmçinin, adıçəkilən tibb işçilərinin Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq fəaliyyəti davam edir.

Onu da qeyd edim ki, N.İsgəndərova bizim klinikamızda deyil, bir aydan sonra naməlum səbəbdən vəfat edib”.

Baş həkim əməliyyata görə blogerin 5 000 manat ödəniş etməsi ilə bağlı səslənən fikirlərin yanlış olduğunu deyib:

“Min neçə manatsa pul verilib, çeklərə baxmaq lazımdır. Beş min manat ödəniş olmayıb. Yarasından irin gəlməsi ilə bağlı onu deyə bilərəm ki, bu barədə həkimə müraciət edilməlidir. Lap deyək ki, həkim cavab vermir, klinikaya gəlmək lazımdır. İddialar uyğunsuz səslənir. Əməliyyatdan bir ay keçib. Klinikadan çıxandan sonra da əməliyyat fotoları var idi”.

Baş həkimdən ölən blogerlə bağlı iddialara cavab - FOTOLAR Baş həkimdən ölən blogerlə bağlı iddialara cavab - FOTOLAR Baş həkimdən ölən blogerlə bağlı iddialara cavab - FOTOLAR Baş həkimdən ölən blogerlə bağlı iddialara cavab - FOTOLAR

***11:53

Bakıda idman kompleksinin həyətində 23 yaşlı qızın meyiti tapılıb.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə gecə saat 03 radələrində Xətai rayonu Xocalı prospektində baş verib.

Xocalı prospekti 25 ünvanında yerləşən idman kompleksinin həyətində Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Nərmin Bəylər qızı İsgəndərovanın meyiti aşkar edilib.

İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.

Gənc qızın kompleksin həyətinə hansı məqsədlə gəlməsi, ölüm səbəbi və sair hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

genc-qizin-meyiti-gece-idman-kompleksinin-heyetinde-tapildi

Baş həkimdən ölən blogerlə bağlı iddialara cavab - FOTOLAR
Baş həkimdən ölən blogerlə bağlı iddialara cavab - FOTOLAR

***10:53

Bloger Nərmin Bəylər qızı Mehdiyeva vəfat edib.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, onun bədənşəkilləndirmə əməliyyatı etdirəndən sonra vəziyyəti pisləşib.

Qadın əməliyyatdan iki gün sonra aptekə gedib, daha sonra evdə meyiti tapılıb.

Məlumata görə, N.Mehdiyeva orta təhsilini yarımçıq qoyub, ailədə beş bacı olublar.

N.Mehdiyevanın boşandığı, bir qız övladı olduğu bildirilir.