Azərbaycan Qazaxıstan vətəndaşlarını İrandan təxliyə etdi – FOTO

Azərbaycan Qazaxıstan vətəndaşlarını İrandan təxliyə etdi - FOTO

Bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycanın ərazisindən keçməklə öz ölkələrinə qayıtmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər.

Globalinfo.az xəbər verir ki, Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd-keçid məntəqəsindən keçmələrinə şərait yaradır.

Təxliyə edilən şəxslər üçün xüsusi çay süfrəsi təşkil olunub. Eyni zamanda, səhhətində problem yarana biləcək şəxslərin vaxtında tibbi yardım alması məqsədilə təcili tibbi yardım avtomobili və peşəkar həkim briqadası əraziyə cəlb edilib. Təhlükəsiz və rahat şəkildə daşınmalarını təmin etmək üçün xüsusi avtobuslar ayrılıb.

Məlumata görə, İran İslam Respublikasından Azərbaycan Respublikası vasitəsilə öz ölkələrinə getmək istəyən şəxslərdən 6 nəfər Qazaxıstan vətəndaşı artıq Astara sərhəd gömrük buraxılış məntəqəsindən keçib.

Azərbaycan Qazaxıstan vətəndaşlarını İrandan təxliyə etdi - FOTO  Azərbaycan Qazaxıstan vətəndaşlarını İrandan təxliyə etdi - FOTO Azərbaycan Qazaxıstan vətəndaşlarını İrandan təxliyə etdi - FOTO