Azərbaycan Prezidentinə təbriklər davam edir…

Azərbaycan Prezidentinə təbriklər davam edir…

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Rusiyanın TASS İnformasiya Agentliyinin kollektivi Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir.

Siz 20 ildən artıqdır ki, Azərbaycana rəhbərlik edirsiniz, əsl siyasət və müdrik dövlət xadimi kimi nadir istedad nümayiş etdirirsiniz. Bu ilin fevralında keçirilən seçkilərdə inamlı qələbəniz respublika vətəndaşları tərəfindən xidmətlərinizə verilən yüksək qiymətin və Sizə olan qeyd-şərtsiz etimadın təsdiqidir.

Siz əsası atanız, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti layiqincə davam etdirərək, ölkələrimiz arasında çoxillik xoş münasibətləri hərtərəfli möhkəmləndirirsiniz.

Avqust ayında Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri zamanı bir sıra mühüm razılaşmalar əldə edilib. Sizi oktyabrda Kazanda keçirilən BRICS sammitində görməkdən çox məmnun oldum. İqtisadi və humanitar sahələrdə birgə proqramların praktiki həyata keçirilməsinə, dövlətlərarası və regionlararası əlaqələrin genişləndirilməsinə kömək etməklə Siz ölkələrimizin strateji tərəfdaşlığının möhkəmlənməsi üçün etibarlı zəmin yaradırsınız.

TASS Azərbaycanda baş verən hadisələrin işıqlandırılmasına böyük diqqət yetirir, informasiya əməkdaşlığımızın səmərəli inkişafına ümid edir.

Bütün qəlbimlə Sizə möhkəm cansağlığı, əmin-amanlıq, firavanlıq və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Globalinfo.az xəbər verir ki, Əbdüllətif Camal Rəşid dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

İraq Prezidenti COP29-un uğurla təşkil edilməsi ilə bağlı Azərbaycan Prezidentini təbrik edib.

Dövlətimizin başçısı təbrikə görə təşəkkürünü bildirib, Əbdüllətif Camal Rəşidə COP29-da iştirakı ilə bağlı bir daha minnətdarlığını ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.

X X X

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

 

“Hörmətli cənab Prezident, əziz dost.

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Böyük çağırışlara baxmayaraq, dünya 2025-ci ilin başlanmasını qarşıda daha parlaq günlərin olacağı ümidi ilə gözləyir. Azərbaycan öz potensialı, iqtisadiyyatı, mədəniyyəti və digər xalqlarla paylaşdığı ortaq dəyərləri ilə hər kəs üçün imkanların və uğurların olduğu dünya qurmağa töhfə verir. Dövlətin qarşısında duran əsas vəzifələri səmərəli şəkildə yerinə yetirmək və beynəlxalq məsələlərin həllində kompromislər tapmaq bacarığınız Sizə haqlı olaraq bütün dünyada yüksək nüfuz və hörmət qazandırıb.

Cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, firavanlıq və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayım. Şadam ki, Sizə dost deyə müraciət edə və ünsiyyət qura bilirəm.

Fürsətdən istifadə edərək Sizə, ailənizə və xalqınıza Yeni ildə ən xoş arzularımı çatdırıram”.

X X X

Gürcüstanın Baş naziri İrakli Kobaxidze dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Globalinfo.az xəbər verir ki, İrakli Kobaxidze dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında dostluq münasibətlərinin bundan sonra da müxtəlif sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri və qarşıdan gələn ildə yeni təmaslar barədə fikir mübadiləsi aparılıb.

X X X

Moskvanın və bütün Rusiyanın patriarxı Kirill dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Globalinfo.az xəbər verir ki, Patriarx Kirill dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanaraq, humanitar sahədə əlaqələrimizin bu işə töhfə verdiyi qeyd olunub.

Patriarx Kirillin Azərbaycana səfərlərinin humanitar əməkdaşlığın möhkəmlənməsində rolu vurğulanıb.

Telefon söhbəti zamanı ölkələrimizdə dini-mənəvi dəyərlərin qorunub saxlanılması ilə bağlı işlərin uğurla həyata keçirildiyi bildirilib.

X X X

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir, təbrikdə deyilir:

“Çox hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Siz böyük atanızın – Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, dünya miqyaslı görkəmli siyasi xadim, təcrübəli Ali Baş Komandan, doğma torpaqları azad edən və haqq-ədalət uğrunda mübarizədə qalib olan əsl lider kimi haqlı olaraq bütün Azərbaycan xalqının ən dərin hörmətini və hərtərəfli dəstəyini qazanmısınız.

Sizin müdrik siyasətiniz və qətiyyətiniz, qlobal strateji təfəkkürünüz və ölkənizə olan sonsuz məhəbbətiniz sayəsində Azərbaycan davamlı şəkildə inkişaf edir, dünya siyasətində mühüm mövqe tutur, Rusiya ilə tərəfdaşlıq əlaqələri daim genişlənir.

Bu əlamətdar gündə Sizə səmimi-qəlbdən nailiyyətlər, bol sevinc və nikbinlik, bütün planlarınızın həyata keçməsini arzulayıram.

Sizə və yaxınlarınıza möhkəm cansağlığı və firavanlıq, Azərbaycan xalqına sülh və əmin-amanlıq diləyirəm”.

X X X

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri, hörmətli Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Müdrik rəhbər kimi Azərbaycanın tərəqqisinə və çiçəklənməsinə sadiqliyiniz həm ölkə daxilində, həm də xaricdə Sizə hörmət qazandırmışdır. Sizin uzaqgörən rəhbərliyinizlə Azərbaycan iqtisadi inkişafın təşviqində, beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsində və xalqınızın zəngin mədəni irsinin qorunub saxlanılmasında mühüm nailiyyətlər əldə etmişdir.

Xalqınızın rifahı naminə nümayiş etdirdiyiniz fədakarlıq və Azərbaycanın davamlı inkişafı yolunda göstərdiyiniz səylər çoxları üçün ilham mənbəyidir. Bu əlamətdar gündə Sizin nailiyyətlərinizlə yanaşı, sülh, həmrəylik və tərəqqi dəyərlərinə böyük önəm verməyinizi də xüsusi qeyd etmək istəyirəm.

Yeni ildə Sizə davamlı uğurlar, cansağlığı və xoşbəxtlik arzulayıram. Azərbaycanı daha parlaq gələcəyə aparmaq istiqamətində fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm.

Zati-aliləri, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edirəm”.

X X X

Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Globalinfo.az bildirir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Bu əlamətdar gündə Sizə cansağlığı, sevinc, ölkənizə firavanlıq və tərəqqi gətirən fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm.

Mən ötən ay Bakıda COP29-un təşkilində Azərbaycanın göstərdiyi səyləri qeyd etmək istəyirəm. Sammit qlobal iqlim çağırışları üzrə mühüm dialoq platforması rolunu oynadı. Biz bu müzakirələrin aparılmasında ölkənizin rolunu yüksək qiymətləndiririk.

Əməkdaşlığımızı davam etdirməyi və Moldova ilə Azərbaycan arasında qarşılıqlı maraq kəsb edən sahələrdə əlaqələri gücləndirməyi səbirsizliklə gözləyirəm.

Cənab Prezident, doğum gününüz münasibətilə Sizə bir daha ən xoş arzularımı çatdırır və ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə Rusiyanın “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sizə səmimi-qəlbdən cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə səmərəli fəaliyyətinizdə yeni böyük nailiyyətlər, ölkənizin inkişafı planlarının uğurla reallaşmasını arzulayıram”.

X X X

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Globalinfo.az bildirir ki, təbrikində M.Qutseriyev qeyd edib ki,

İlham Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti Azərbaycanı regionun ən dinamik inkişaf edən ölkələrindən birinə, qlobal geosiyasi arenada mühüm rol oynayan güclü suveren dövlətə çevirib.

Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Prezidentə təbrikində İlham Əliyevin həyatını bütünlüklə Vətənə xidmətə, Azərbaycanın firavanlığına və xalqın rifahının yüksəldilməsinə həsr etdiyini vurğulayıb:

“Sizin həyata keçirdiyiniz düşünülmüş və müdrik siyasət, iqtisadiyyat sahəsində islahatların aparılması istiqamətində göstərdiyiniz ardıcıl səylər Azərbaycanda investorların fəaliyyəti üçün əlverişli şərait yaradıb”.

X X X

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Globalinfo.az bildirir ki, mətndə deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə mənim və xanımımın səmimi təbrikimizi və xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.

Fürsətdən istifadə edərək bir daha əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı çox gözəl praqmatik və səmərəli əməkdaşlıq, həmçinin mövcud olan strateji tərəfdaşlıq münasibətləri gələcəkdə daha fəal şəkildə inkişaf edəcəkdir.

Bolqarıstan ilə Azərbaycanın səmərəli ikitərəfli təmasları və yüksək səviyyədə fəal siyasi dialoqu genişləndirmək, inkişaf etdirmək istəyi, həmçinin hər iki ölkənin buna hazır olması il ərzində həm ikitərəfli, həm də COP 29 kimi mühüm beynəlxalq formatlar çərçivəsində Sizinlə keçirilmiş görüşlər və danışıqlar zamanı dəfələrlə nümayiş etdirilib. Sizin şəxsi töhfəniz və iştirakınız, şübhəsiz ki, bütün bu məsələlərdə böyük rol oynayıb.

Mən ölkələrimiz arasında olan ən yüksək siyasi, dövlət səviyyəsində dialoqu 2025-ci ildə də davam etdirməyə hazıram.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə yeni uğurlar arzulayır, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Globalinfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi adından səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasının davamlı və yaşıl inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək Azərbaycanı COP 29 Konfransına uğurla ev sahibliyi etməsi və sədrliyi münasibətilə təbrik edirəm. COP 29 qlobal iqlim gündəliyinin irəli aparılmasında mühüm rol oynayıb. Xüsusilə, 2035-ci ilə qədər hər il 300 milyard ABŞ dolları məbləğində yeni iqlim maliyyəsi hədəfinin qəbul edilməsi, qlobal karbon ticarəti sisteminin yaradılması, həmçinin Lima Gender üzrə İş Proqramının 10 il müddətinə uzadılması mühüm tarixi nailiyyətlərdir və bunlar iqlim siyasəti fəaliyyətində səyləri artırmaq, eləcə də gender bərabərliyini, ədalətli keçidi gücləndirmək üçün gələcək təşəbbüslərin formalaşmasına kömək edəcəkdir.

Birləşmiş Millətlər Təşkilatı Azərbaycanla tərəfdaşlığını davam etdirməyə sadiqdir. Biz Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində 2026-2030-cu illər ərzində birgə səylərimizi əlaqələndirmək üçün BMT və Azərbaycan arasında yeni Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin hazırlanmasını səbirsizliklə gözləyirik.

Mən, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına təbriklərimi çatdırıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

X X X

Amerika Birləşmiş Ştatlarının Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayer Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Globalinfo.az bildirir ki, təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə – böyük dövlət xadiminə, sadiq beynəlmiləlçiyə və mərhəmətli liderə çoxlu uğurlar arzulayıram.

Azərbaycanda və dünyada bir çox həyati vacib işlərdə göstərdiyiniz mühüm xidmətləri, xüsusilə də ölkənizdə və xaricdə yəhudi icmalarına səmimi münasibətinizi alqışlayıram. Siz əhalinin firavanlığı üçün böyük işlər görən yüksək nüfuzlu, güclü lidersiniz.

Bu il Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və COP 29-un mükəmməl şəkildə təşkil olunması münasibətilə səmimi təbriklərimi qəbul edin. Hər iki tədbir xalqların və bütövlükdə planetimizin zəfəri idi.
Mən həm Mədəniyyətlərarası Dialoq Forumunda, həm də COP 29 çərçivəsində keçirilmiş Dini Liderlərin Qlobal Sammitində çıxış etməkdən şərəf duydum. Həmin tədbirlər Sizin dini tolerantlıq, mədəniyyətlərarası dialoq və multikulturalizm dəyərlərinin gücləndirilməsinə sadiqliyinizi nümayiş etdirdi ki, bu da dinlərin və mədəniyyətlərin sülh, ləyaqət və təhlükəsizlik şəraitində yaşaya biləcəyi bir dünya axtarışında olan hər bir gələcək nəsil üçün Azərbaycanın qlobal dinc birgəyaşayışın simvolu olduğunu təsdiq edir.

Cənab Prezident, əgər biz hamımız Sizin qarşıya qoyduğunuz yüksək standartların yalnız bir hissəsinə uyğun yaşaya bilsəydik, o zaman dünyamız daha yaxşı məkana çevrilərdi.

İnanıram ki, qarşılıqlı hörməti və anlaşmanı inkişaf etdirmək yollarını axtararkən bundan sonra da uzun illər müdriklik və inam nümayiş etdirərək bizi ruhlandırmağa davam edəcəksiniz.

Sizə möhkəm cansağlığı və firavanlıq diləyir, sevimli Azərbaycan xalqının davamlı tərəqqisi və rifahı üçün ən xoş arzularımı çatdırır, yüksək ehtiramımı bildirirəm”.