Azərbaycan Ordusuna aid avtomobil aşdı – FOTO

Azərbaycan Ordusuna aid avtomobil aşdı - FOTO

Bərdədə yük avtomobili aşıb.

Globalinfo.az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə rayonun Mirzalıbəyli kəndi ərazisində qeydə alınıb.

Yük maşını hərəkətdə olarkən qarşısına minik avtomobili çıxıb. Yük avtomobilinin sürücüsü minik avtomobilini vurmamaq üçün maşını yol kənarına çəkməyə çalışıb. Nəticədə hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq, yol kənarına aşıb.

Bildirilir ki, “Kamaz” markalı avtomobil Azərbaycan Ordusuna aid olub.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma başlanıb.