Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb.

Globalinfo.az xəbər verir ki, bazarlarda neftimizin 1 barelə olan qiyməti 0,92 ABŞ dolları və ya 1,3 % artaraq 70,16 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,24 ABŞ dolları təşkil edib.

“Azeri Light”in qiyməti sonuncu dəfə bu ilin aprel ayının 4-də 70 dollardan yuxarı olub və 73,49 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.