“İtaliya ilə Azərbaycan arasında əlaqələr genişlənir. Belə ki, Azərbaycan İtaliyadan hərbi təyinatlı C-27J Spartan təyyarələri alacaq. Söhbətin neçə təyyarədən getdiyi açıqlanmır. Müqavilənin dəyəri də sirr olaraq qalır”.
Globalinfo.az xəbər verir ki, bunu İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli deyib.
Onun sözlərinə görə, İtaliyanın amerikalılarla birlikdə istehsal etdiyi bu təyyarənin qiyməti 65-70 milyon dollar arasıdadır.
“2 pilotun idarə etdiyi hərbi təyyarə 60 əsgər və ya 45 xüsusi təyinatlı əsgər və ya 36 yaralı (6 nəfər şəfqət bacısı ilə birlikdə) daşıya bilər.
Keçmiş SSRİ məkanında yalnız Türkmənistanın (2021) 2 ədəd belə təyyarəsi var. Böyük ehtimalla demək olar ki, Azərbaycan 3-4 ədəd belə təyyarə alacaq”, – deyə Elbəyi Həsənli bildirib.
Jurnalist xəbərin mənbəyini də göstərib. Onun sözlərinə görə, bu barədə Qərbə bağlı “marketscreener.com” saytı xəbər yayıb.
Ayşən Mustafa
Globalinfo.az














