Azərbaycan futboluna ağır itki – FOTO

Azərbaycan futboluna ağır itki - FOTO

Azərbaycanın təcrübəli futbol mütəxəssislərindən olan Qəhrəman Əliyev vəfat edib.

Globalinfo.az xəbər verir ki, onun uzun sürən ağır xəstəlikdən vəfat etdiyi bildirilib.

2020-ci ildə koronavirusa yoluxan Əliyev daha sonra komaya düşmüşdü.

Qeyd edək ki, Qəhrəman Əliyev “Viləş” (Masallı), “Şəmkir” komandalarında baş məşqçi, “Bakı” klubunda isə köməkçi məşqçi vəzifəsində çalışıb. O, vaxtilə «Viləş»i iki dəfə UEFA İntertoto Kubokuna çıxarıb. Həmçinin «Şəmkir»i çempion edib.