“Azərbaycan Dəmir Yolları”nın sədri özünə müşavir təyin etdi – FOTO

"Azərbaycan Dəmir Yolları"nın sədri özünə müşavir təyin etdi - FOTO

Aysel Soltanova “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin yeni müşaviri vəzifəsinə təyin olunub.

Globalinfo.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov bununla bağlı müvafiq əmr imzalayıb.
"Azərbaycan Dəmir Yolları"nın sədri özünə müşavir təyin etdi - FOTO
Qeyd edək ki, A.Soltanova Azərbaycan Dillər Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavr, Mərkəzi Avropa Universitetində Dövlət siyasəti sahəsində magistr təhsili alıb. O, 2006-2014-cü illərdə BP və P&G kimi tanınmış beynəlxalq şirkətlərdə çalışıb. 2014-2020-ci illərdə “Azərkosmos” ASC-də müxtəlif vəzifələri icra edib, o cümlədən Marketinq Departamentinə rəhbərlik edib. 2021-ci ildən isə “Aztelekom” MMC-də baş direktorun birinci müavini vəzifəsində çalışırdı.