Azərbaycan 173 hərbçi və mülki şəxsi Ermənistana qaytarıb

44 günlük müharibədən sonra 173 nəfər erməni hərbçi və mülki şəxs Ermənistana qaytarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın əsir, saxlanılan və itkin düşmüş şəxslərlə əlaqədar İdarələrarası Komissiyasının iclasında məlumat verilib.

Bildirilib ki, 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistana 422 nəfərin cəsədi qaytarılıb. Onların içində 225 nəfər isə ötən ilin sentyabr ayında baş vermiş toqquşmalarda ölüb.