Aytən Səfərovanı o əvəz etdi – FOTO

Tanınmış aparıcı Aytən Səfərovanı (Piriyeva) “Xəzər” TV-nin “Xəbər ertəsi” verilişində jurnalist Ruzana Kərimli əvəz edib.

Globalinfo.az pravda.az-a istinadən xəbər verir ki, R.Kərimli artıq bu gündən işinin icrasına başlayıb.

Xatırladaq ki, aprelin 17-də Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Səfərovanın idarə etdiyi avtomobil toqquşub. Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır. Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə müalicəsi davam etdirilir.