Şvartsenegger: “Ailəmə çox əziyyət verdim” – VİDEO

Hollivud ulduzu Arnold Şvartsenegger haqqında sənədli serialın treyleri yayımlanıb.

Globalinfo.az Axşam.az-a istinadən xəbər verir ki, ekran işində aktyor keçmiş həyat yoldaşı Mariya Şrayverdən 2011-ci ildə qalmaqallı boşanmasından danışıb. Bu məqamda xatırladaq ki, cütlüyün 25 illik evliliyi aktyorun evdəki işçisi Mildred Baenadan Cozef Baena adlı oğlunun olduğu ortaya çıxandan sonra dağılıb. Hazırda oğlanın 25 yaşı var və aktyorun onunla əlaqəsi var.

Şvartseneggerin sözlərinə görə, bu hadisə onun reputasiyasına və yaxınları ilə münasibətlərinə pis təsir edib:

“İnsanlar mənim nailiyyətlərimi xatırlayacaqlar, lakin uğursuzluqlarımı da. Bu, evliliyimə, övladlarımla münasibətimə çox ağır zərbə oldu. Ailəmə çox əziyyət verdim. Ömrümün sonuna qədər bununla yaşamalı olacağam”.

Aktyor Hollivudu fəth etmək arzusunu belə xatırlayır:

“Özümü bu səhnədə gördüm. Minlərlə insan qışqırır: “Arnold, Arnold, Arnold!”. Nəyisə çox aydın təsəvvür edəndə, 100% nail ola biləcəyinə inanırsan. Mən çox şey öyrənməli, maneələri dəf etməli idim”.

Ekran işində aktyorun şöhrət yolu ilə yanaşı, siyasi karyerası da lentə alınıb. Şvartsenegger siyasətə atılmaq qərarını necə aldığı ilə bağlı bu fikirləri söyləyib:

“Yaralansan bütün idmanla bağlı qapılar üzünə bağlanacaq. Heç kimin səndən ala bilməyəcəyi tək şey sənin ağlındır. Özüm üçün başqa sahə axtarırdım və siyasətə gəldim.

Hər kəsin qeyri-mümkün hesab etdiyi şeyi etmək istəyirəm. Heç vaxt təslim olmağı düşünmürdüm, zirvələri fəth etməyi hədəfləyirdim. Həmişə bu aclığı hiss edirsən və heç vaxt doymursan. Bunun üçün nə lazımdırsa, et, çox çalış”.

Qeyd edək ki, Şvartsenegger və Mariya ilk tanışlıqlarından təxminən doqquz il sonra, 1986-cı ildə evləniblər. İkili 2011-ci ildə ayrılsalar da, boşanma yalnız 2021-ci ildə baş tutub.

Aktyorun nikahdankənar olan oğlu Kristofer onun Mariyadan doğulan övladından bir neçə gün sonra dünyaya gəlib. Onlar birgə qəyyumluq haqqında razılığa gəliblər. Aktyorun ümumilikdə 5 övladı var.

Boşanma zamanı Şvartseneggerlə Mariyanın ümumi əmlakının dəyəri təxminən 400 milyon dollar idi və sərvət onlar arasında bölünüb.

Onu da qeyd edək ki, “Terminator” ulduzunun həyatından bəhs edən “Arnold” adlı serial üç bölümdən ibarətdir və iyunun 7-də “Netflix”də yayımlanacaq.