AYNA Xocalı prospekti ilə bağlı açıqlama yaydı

AYNA Xocalı prospekti ilə bağlı açıqlama yaydı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakının Xətai rayonu Xocalı prospektində nişanlanmalar yenidən təşkil edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.

Qeyd edilib ki, velosiped zolağı və parklanma yerləri saxlanılaraq avtomobillərin hərəkəti üçün zolaqların sayı 2-yə çatdırılıb. Parklanma yerlərinə giriş-çıxış üçün zolaqda yerlər də ayrılıb.