Aygün Bəylər haqda son məlumat: “Bakıya gətirilir” – RƏSMİ

Aygün Bəylər haqda son məlumat: "Bakıya gətirilir" - RƏSMİ

Vəfat etməsi xəbəri yayılan Aygün Bəylərin həkimi, Milli Onkologiya Mərkəzinin kimyaterapevti Anar Məmmədov Moderator.az-a xəbəri inkar edib.

“Türkiyəyə gəzməyə getmişdi. İndi Ankaradan Bakıya gəlir. Onu mən müalicə edəcəm. Vəziyyəti ağırdır. Yarım saat əvvəl danışmışam, gecə saat 3-4 arası bizim xəstəxanada olacaq” deyə bildirib.

Qeyd edək ki, əməkdar artist Çingiz Əhmədov Aygün Bəylərin ölüm xəbərini Axşam.az-a təsdiqləmişdi.

20:52

Əməkdar artist Aygün Bəylərin Ankarada müalicə aldığı xəstəxanada bu gün vəfat etməsi barədə xəbər yayılıb.

Globalinfo.az-ın məlumatına  görə, cəbəri Axşam.az-a onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov təsdiqləyib.

“Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər”, – deyə aktyor əlavə edib.

Mədəniyyət Nazirliyi isə müğənninin vəfatı xəbərini təkzib edib. Nazirlikdən bildirilib ki, Aygün Bəylər sağdır, süni nəfəs aparatına qoşulub. Bu gün axşam 22:50-də təyyarə ilə Bakıya gətiriləcək.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.