Bu gün saat 12:00 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksində bütün istiqamətlər üzrə kassalarda xidmət sisteminin çökməsi nəticəsində xidmət 1 saata yaxın dayanıb.
Bu gün günorta saatlarında ölkədə fəaliyyət göstərən bir sıra qurumların hökumət portallarına girişində problem yaranıb.
Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Globalinfo.az-ın sorğusunu cavablandırıb.
Bildirilib ki, bu gün günorta saatlarında ölkədə fəaliyyət göstərən bir sıra qurumların hökumət portallarına girişində problem yaranıb:
“Bu səbəbdən Bakı Beynəlxalq Avrovağzal Kompleksində fəaliyyət göstərən bilet kassaları da təxminən 1 saat ümumi sistemə qoşula bilməyib. Buna baxmayaraq, sərnişinlər avtobuslara yönləndirilərək gedəcəkləri ünvanlara yola salınıblar.
Sosial şəbəkələrdə süni qiymət artımı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Qeyd edilib ki, texniki nasazlıq hazırda tam aradan qaldırılıb və kassalar fəaliyyətinə davam edir.
***
18:02
Bu gün saat 12:00 radələrində Bakı Beynəlxalq Avtovağzal Kompleksində bütün istiqamətlər üzrə kassalarda xidmət sisteminin çökməsi nəticəsində xidmət 1 saata yaxın dayanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edilib ki, hadisə rayonlara getmək istəyən sərnişinlərdə narazılıq doğurub.
Hətta kassa sistemindəki problemdən istifadə edib qiymətləri artıranlar da olub.
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məsələ ilə bağlı açıqlama veriləcəyi bildirilib.
Zaira Akifqızı
Globalinfo.az














