Kanadanın Kolumbiya əyalətində avtobus qəzası nəticəsində 53 nəfər xəsarət alıb.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə əyalətin səhiyyə xidməti məlumat yayıb.
“Avtobus qəzası ilə əlaqədar olaraq, tibb işçiləri Kelovna, Pentikton və Merrittdə yerləşən üç xəstəxanada 53 xəstəni qəbul ediblər” – məlumatda bildirilir.
Qəza Lune gölünün yaxınlığında baş verib.
Hadisə yerində xilasedicilər işləyir, qəzanın səbəbləri açıqlanmır.














