Avropanı böyük sınaq gözləyir – Çexiyanın Baş naziri

Avropanı böyük sınaq gözləyir – Çexiyanın Baş naziri

Avropanı böyük sınaq gözləyir.

Globalinfo.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.

“Təhlükəsizliyini və gözəl gələcəyini Avropa özü düşünməlidir. Heç kim bizim yerimizə bunu etməyəcək. Biz Ukraynaya hərbi yardımı artırmalıyıq”, – Fiala X” hesabında yazıb.

Onun sözlərinə görə, avropalılar davamlı və uzunmüddətli sülh istəyirlərsə, yaxşı silahlanmalıdırlar, bu isə müdafiə xərclərini ən azı 3 faizə çatdırmadan mümkün olmayacaq.

“Əksini iddia edən hər kəs Çexiyanın təhlükəsizliyinə təhdid törədir. Dünən olanlardan sonra (Tramp və Zelenski arasında baş verən görüş nəzərdə tutulur – red.) bu daha da aktuallaşdı. Tarixi təcrübəmiz göstərir ki, biz səylərimizi mümkün qədər tez artırmasaq, bu, heç də yaxşı bitməyəcək. Sabah Londondakı görüşdə mən məhz bu mövqedən çıxış edəcəyəm”, – Fiala əlavə edib.

Qeyd edək ki, sabah 10-dan çox Avropa lideri Böyük Britaniyanın Baş naziri Kir Starmerin dəvəti ilə Londona toplaşacaq. Ukraynanın təhlükəsizliyinə zəmanət və Avropanın təklif edə biləcəkləri müzakirə olunacaq.

Aysel Əliyeva
Globalinfo.az