Araikə görə narahat olanlar var – Deputat

Araikə görə narahat olanlar var - Deputat

“Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması təqdirəlayiq addımdır”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Tural Gəncəliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Təəssüf ki, Avropada Azərbaycan cəzaçəkmə müəssisələrində olan erməni canilərindən narahat olanlar var. Amma onlar bu canilərin cinayətlərindən heç danışmırlar”, – deyə T.Gəncəliyev bildirib.

Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli də bildirib ki, Milli Məclisin bu məsələdə fəaliyyəti diqqətçəkəndir. O, icma adından Milli Məclisin sədrinə təşəkkür edib.