Avropa Rusiyaya qarşı hərəkətə keçdi: müddət uzadıldı

Avropa Rusiyaya qarşı hərəkətə keçdi: müddət uzadıldı

Avropa İttifaqı liderləri Rusiyaya qarşı tətbiq edilən sanksiyaların daha altı ay müddətinə uzadılmasına razılıq verib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Sammitdə Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərin uzadılması ilə bağlı konsensus əldə olunub”, – deyə diplomatik mənbədən bildirilib.

Qeyd edək ki, Aİ ilk iqtisadi sanksiyaları Rusiyaya qarşı 2014-cü ilin yayında tətbiq edib və həmin vaxtdan etibarən hər altı aydan bir onların müddətini yeniləyir. Əsas sanksiyalar paketi isə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra hazırlanıb. İndiyə qədər 17 sanksiya paketi qüvvəyə minib.

Son iki il ərzində Macarıstan və Slovakiya vaxtaşırı Aİ-yə bu qərarı bloklayacaqları ilə hədələsələr də, real nəticə doğuran heç bir addım atılmayıb.

Sammitdə 18-ci sanksiyalar paketinin də mümkün tətbiqi müzakirə olunur, lakin hazırda bu məsələ ilə bağlı rəsmi açıqlama verilmir.

Moskva dəfələrlə bəyan edib ki, Aİ-nin tətbiq etdiyi bütün sanksiyalar uğursuzluğa məhkumdur.

Aysel Əliyeva
Globalinfo.az