Avropa Komissiyası Avropa İttifaqı Şurasına Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa İttifaqının qonşuluq və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə birgə mətbuat konfransında bildirib.
“Gürcüstan namizəd statusu əldə etməlidir, çünki həqiqətən də bu istiqamətdə addımlar atılıb. Təbrik edirik”, – von der Leyen deyib.
Qeyd edək ki, Avropa İttifaqı Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı yekun qərarı bu ilin dekabrında verəcək.













