AVRO-2024: İspaniya Albaniyanı məğlub etdi

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya – İspaniya görüşü başa çatıb.

Qarşılaşma “buğalar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

***

Hesab açıldı. İspanlar 13-cü dəqiqədə hesabda önə keçdi.

***

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Albaniya – İspaniya görüşü start götürüb.

Globalinfo.az xəbər verir ki, B qrupunun oyunu Düsseldorfdakı “Esprit Arena”da keçirilir.

Qeyd edək ki, qarşılaşmanı isveçli baş hakim Qlenn Nyuberq idarə edir.