ATU-nun müəllimi vəfat etdi

ATU-nun müəllimi vəfat etdi

Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu haqda ATU-nun sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Universitetin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının baş müəllimi Maqsud Aslanov dünyasını dəyişib.

M. Aslanovun ölüm səbəbi barədə məlumat verilməyib.