Atasına “əl qaldıran” Vasif Talıbovun oğlu kövrəldi – VİDEO

Naxçıvan Ali Məclisinin bugünkü növbədənkənar sessiyasında Vasif Talıbovun istefası səsə qoyularkən oğlu Seymur Talıbovun əl qaldırdığı an ruh halı diqqət çəkib.

Globalinfo.az xəbər verir ki, Naxçıvan Televiziyasının sessiyadan hazırladığı qısa reportajda Ali Məclisin üzvü Seymur Talıbovun kövrəldiyi açıq görünür.

Atasının istefa qərarına gözüyaşlı, sol əlini yarıyadək qaldırıb, tez də endirirək səs verir.

Qeyd edək ki, Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb. Bu gün isə sədr vəzifəsindən istefa verib.

Sözügedən görüntüləri təqdim edirik: