Astarada oğul anasını öldürdü, saxlanıldı – YENİLƏNİB

Astarada oğul anasını öldürdü, saxlanıldı - YENİLƏNİB

Avqustun 22-də saat 15 radələrində 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin regional qrupundan Globalinfo.az-a bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu, 1999-cu il təvəllüdlü Murad Kazımzadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

***16:50

Astara rayonunda 47 yaşlı qadın öldürülüb, oğlu şübhəli şübhəli bilinir.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə Astara şəhəri ərazisində baş verib.

Belə ki, şəhərin H.Aslanov küçəsi ev 57 ünvanında qeydiyatda olan 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində anası, 1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi yetirərək onu qətlə yetirilib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit müayinə olunmaq üçün aidiyyati üzrə təhvil verilib.

Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.