Erməni general Azərbaycan Ordusu ilə bağlı suala qəzəbləndi: “Cermukdan…”

“Əminəm ki, Azərbaycana təhvil verilən ərazilər (Qazaxın 4 kəndi – red.) Ermənistana məxsus deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş Qərargah rəisi Edvard Asryan jurnalistlərə açıqlamasında deyib.

O, erməni sərhədçilərin xəritələrə əsasən müəyyən edilmiş mövqelərdə yerləşdirildiyini bildirib:

“Sərhədçilərimiz tapşırılan yerlərdə xidmət edirlər. Məndə xəritələr var, onlar əsasında proses yerinə yetirilir. Biz xəritələrlə müəyyən edilmiş sərhəd xətlərində xidmət həyata keçiririk. Bir sakinin evinin sərhədin hansı tərəfində qalması, mülki infrastrukturun necə olması mənim səlahiyyətimdə deyil. O məsələyə biz baxmırıq, lakin verilən ərazilər Ermənistanın deyildi. Bunu əminliklə deyirəm”.

Baş Qərargah rəisi erməni jurnalistin “Azərbaycan Ordusu Cermukdan geri çəkiləcəkmi?” sualına qəzəblənib:

“Bu sualı təkrar-təkrar verirsiniz. Nə dediyimə qulaq asın, məni qıcıqlandırmayın! İstəyirsinizsə, silah götürün, yanımda durun, birlikdə gedək onları geri çəkək”.

Ayşən Mustafa
Globalinfo.az