arzuxan elizade

Bu gün AMİP sədri, millət vəkili Arzuxan Əlizadə partiyanın qərərgahında ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Diana Braun ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, işgüzar şəraitdə baş tutan görüşdə bir sıra məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

O cümlədən AMİP-in beynəlxalq əlaqələri, son parlament seçkiləri və partiyanın yenidən parlamentdə təmsilçiliyi müzakirə olunub. Görüşdə həmçinin AMİP-in Beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev iştirak etmişdir.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: