Arzuman Abdulkərimov DİN yanında İctimai Şuranın üzvü seçildi

Arzuman Abdulkərimov DİN yanında İctimai Şuranın üzvü seçildi

Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

Globalinfo.az xəbər verir ki, seçkidə səs vermək üçün 460 vətəndaş cəmiyyəti institutu nümayəndəsi qeydə alınıb.

Tələb olunan səsi toplamış 15 namizəd Şuranın üzvü seçilib. Onlar arasında “Hilal” Sosial Araşdırmalar ictimai birliyinin sədri, siyasi xadim Arzuman Abdulkərimov da (231 səs) var.

Seçki prosesi ilə bağlı saytımıza açıqlama verən Arzuman Abdulkərimov deyib ki, bir çox dövlət qurumlarının yanında ictimai şuralar yaradılıb:

“İctimai şuralar dövlət qurumu ilə vətəndaş arasında münasibətlərin daha yaxşı inkişaf etməsi üçün vacib və zəruridir. Bildiyiniz kimi, bəzən elə olur ki, dövlət qurumları ilə vətəndaşlar arasında anlaşmazlıq yaşanır. Belə halların qarşısını almaq və minimuma endirmək üçün ictimai şuaralar yaradılır. Belə ictimai şuralardan biri də Daxili İşlər Nazirliyi yanında İctimai Şuradır.

Arzuman Abdulkərimov DİN yanında İctimai Şuranın üzvü seçildi

Şurada ikinci dönəm seçki keçirildi. Mən ilk dəfədir ki, İctimai Şuraya seçkidə iştirak edirəm. Seçki prosesində kifayət qədər aktivlik var idi. Bu qədər marağın oldacağını düşünmürdüm.

435 təşkilat qeydiyyatdan keçmişdi. Bunun 387-i seçkidə iştirak edirdi. Təxminən 10 seçki büliteni etibarsız hesab edildi. 378 səs keçərli sayıldı. 50+1 səs toplayan şəxslər İctimai Şuraya üzv seçildi. 20 nəfər namizəddən 15-i seçilməli idi. Birinci turda seçkinin nəticələri təmin edildi.

Seçki kifayət qədər şəffaf keçirildi. Düşünürəm ki, bundan sonrakı dövrdə də İctimai Şura olaraq DİN ilə vətəndaşlar arasında körpü rolunu oynayacağıq. Vətəndaşların narazılıqlarını yüksək rəhbərliyin diqqtəinə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Düşünürəm ki, Şura üzvləri öz işlərini yüksək səviyyədə davam etdirəcək. Mənim üçün yeni bir prosesdir. İctimai Şura üzvləri olan bizlər bu yükün altından layqincə çıxa biləcəyik.

Turan Rzayev
Globalinfo.az